Bərdə rayon sakinini avtomobillə vuran şəxs saxlanılıb 

14:29 26.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə Rayon Polis Şöbəsinə martın 24-də saat 20 radələrində şəhər ərazisində yolu keçən F.Bağırovanın müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olmuşdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyənləşdirilib və həmin nəqliyyat vasitəsini idarə edən Böyük Göyüşlü kənd sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov saxlanılıb.

Fakta bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.